Dünyanı qlobal maliyyə böhranı gözləyir
İqtisadiyyat
27.07.2024 17:30
Braziliyada keçirilən G20 ölkələrinin mərkəzi bank və maliyyə nazirlərinin rəhbərlərinin görüşündə, Rusiya tərəfi dünyada dövlət borcunun artması ilə bağlı vəziyyətin ciddi şəkildə pisləşəcəyi barədə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
İclas iştirakçıları qlobal iqtisadiyyatı təhdid edən bir sıra əsas risklərdən söz açıblar. Belə ki, artan qlobal borc və yüksək səviyyəli hökumət kəsirləri, yüksək inflyasiyanın davam etməsi və bununla bağlı fiskal risklər, geosiyasi qeyri-sabitlik şəraitində əmtəə qiymətlərindəki dalğalanmalar və ölkələr arasında ticarət əlaqələrinin zəifləməsi əsas müzakirə mövzuları olub.
Rusiya nümayəndələir, borc böhranının qarşısını almaq üçün birgə tədbirlər görməli olduqlarını bildiriblər.
Töhfə Səməd
tag: Braziliya, Böhran, Dünya, Rusiya, İclas, Ticarət, todaypress.az,