Dünyada yanacağa tələbat pik həddə çatdı
İqtisadiyyat
05.11.2024 18:25
Ənənəvi avtomobil yanacağı növlərinə - benzin və dizelə qlobal tələbat indi pik həddə çatıb.
TodayPress xəbər verir ki, bunu iri neft ticarəti şirkətinin (Gunvor Group) rəhbəri Gunvor Torbyorn Törnqvist deyib.
Oxşar dinamika, xüsusən də neft və neft məhsullarının dünyanın ən böyük istehlakçılarından biri olan Çində də müşahidə olunur.
Törnqvist qeyd edib ki, hazırda dünyada neft-kimya məhsullarına tələbatın artması tendensiyası müşahidə olunur.
2023-cü ilin sentyabr ayının birinci yarısında Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri qalıq yanacaq dövrünün “sonunun başlanğıcını” elan ediblər. Söhbət həm də neft, təbii qaz və kömürə qlobal marağın azalmasından gedirdi. Ekspertlərin fikrincə, bu yanacaq növlərinə qlobal tələbatın pik həddi 2030-cu ildən sonra qeydə alınacaq. Onların fikrincə, belə dinamikaya bir sıra amillər, o cümlədən elektromobillərin populyarlığının aktiv şəkildə artması, Çində yaşıl və nüvə enerjisinin aktiv inkişafı və Avropa İttifaqı (Aİ) ölkələrinin enerji keçid strategiyası kömək edəcək.
Lakin Rusiya baş nazirinin müavini Aleksandr Novak mədən yanacaqlarının gələcək perspektivləri ilə bağlı əks mövqe tutur. Onun hesablamalarına görə, təbii qaza qlobal tələbat 2050-ci ilə qədər hazırkı səviyyədən təxminən 35 faiz yuxarı olacaq və neftə qlobal maraq növbəti 26 il ərzində hər il bir-iki faiz artacaq.
Töhfə Səməd
tag: Dünya, Yanacaq, Avropa İttifaqı, Novak, Rusiya, todaypress.az,