Dünya ticarətində BRICS-in payı açıqlandı

İqtisadiyyat

18.10.2024 13:25

Assosiasiya yaranandan bəri BRICS-in dünya ticarətindəki payı təxminən 1,5 dəfə artaraq 21,6%-ə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatından (ÜTT) bildirilib.   

Hazırda BRICS ölkələrinin digər ölkələrlə və bir-biri ilə ticarət dövriyyəsi təqribən 10,4 trilyon dollar təşkil edir ki, bu da Avropa İttifaqından sonra ikinci nəticədir. 

Müqayisə üçün qeyd edək ki, hazırda Aİ-nin ticarət həcmi 14,3 trilyon dollar təşkil edir.

Günəş Mərd

tag: BRICS, Ümumdünya Ticarət Təşkilatı,Aİ, Dollar, Ticarət, todaypress.az,