Dünya bazarlarında qazın qiyməti arta bilər
İqtisadiyyat
04.02.2025 14:47
ABŞ Çin idxalına tariflər tətbiq etdikdən sonra Pekin Amerikanın mayeləşdirilmiş təbii qazına (LNG) 15 faizlik tariflər elan edib. Bu da qlobal bazarı yenidən formalaşdıra bilər.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentlik xatırladıb ki, keçən il Çinin idxal etdiyi LNG-nin təxminən 6 faizi ABŞ-dən gəlib.
Pekinin hazırkı qərarı, çox güman ki, amerikalılarla uzunmüddətli müqavilələri olan çinli alıcıları bu qazı başqa yerlərə satmağa məcbur edəcək. Məsələn, Avropa İttifaqına.
Töhfə Səməd
tag: ABŞ ,Çin,LNG,Pekin ,Amerika,todaypress.az,