Dünya bazarlarında neft yenidən bahalaşır
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 65,16 ABŞ dolları təşkil edib.
TodayPress-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,49% azalaraq 61,83 ABŞ dollarına bərabər olub.
tag: Neft ,Qiymət ,Dünya ,Ucuzlaşma,Todaypress.az,