Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat
03.06.2024 10:53
ICE
London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində
“Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0.14%
azalaraq 1 barelə görə 81 ABŞ dolları təşkil edib.
TodayPress-in
məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə
WTI markalı neftin 1 barelinin qiyməti isə 0.09% azalaraq 1 barelə görə 76.92
ABŞ dolları təşkil edib.
tag: Dünya, Neft, Ucuz, Ticarət, Bazar, todaypress.az,