Dünya bazarlarında neft ucuzlaşdı
İqtisadiyyat
09.11.2024 13:45
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 2.33% azalaraq 1 barelə görə 73.87 ABŞ dolları təşkil edib.
TodayPress-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 2.74% azalaraq 1 barelə görə 70.38 ABŞ dolları olub.
tag: Neft, Dünya Bazarı, Brent, İqtisadiyyat, todaypress.az,