Dünya bazarlarında neft ucuzlaşdı
İqtisadiyyat
18.01.2025 10:30
Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.
TodayPress xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,62% və ya 0,50 dollar azalaraq 1 barelə görə 80.79 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% və ya 0,80 dollar azalaraq 1 barelə görə 77.88 ABŞ dollarına bərabər olub.
tag: Neft,Dünya bazarı,Qiymət,Brent,Todaypress.az,