Dünya bazarlarında neft cüzi bahalaşdı

İqtisadiyyat

03.01.2025 11:36

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 75,95 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,05% artaraq 1 barelə görə 73,17 ABŞ dollarına bərabər olub.

tag: Neft ,Dünya,Bazar ,Bahalaşma, qiymət ,todaypress.az,