Dünya bazarlarında neft bahalaşdı

İqtisadiyyat

17.02.2025 09:25

1520

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 74,8 ABŞ dolları təşkil edib. 

TodayPress xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,04% artaraq 1 barelə görə 70,74 ABŞ dollarına bərabər olub.

tag: Neft,Qiymət,Dollar,ABŞ,Todaypress.az,