Dövlət Vergi Xidmətinin 2025-2028-ci illərdə üzrə strategiyası hazırlanır

İqtisadiyyat

13.02.2025 12:11

2040

"Dövlət Vergi Xidmətinin 2025-2028-ci illərdə üzrə strategiyası hazırlanır. Bu strategiya bizim yaxın gələcəkdə missiyamızı, dəyərlərimizi, gələcəyə baxışımızı və strateji fəaliyyət istiqamətlərimizi müəyyən edir”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forum iştirakçılarına video müraciətində deyib.   

O, qeyd edib ki, ötən 25 ildə vergi sisteminin formalaşması uzun bir yol keçib, həm qanunvericilik, həm inzibatçılıq sahəsində ciddi islahatlar aparılıb:   

“Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənilməsini təmin etmək əsas məqsədlərimizdəndir”. 

Töhfə Səməd

tag: Vergi,Nazir,İqtisadiyyat,Xidmət,Todaypress.az,