Dövlət sektorunda işləyənlərin sayı azaldı
Azərbaycanda iqtisadiyyatın dövlət sektorunda işləyənlərin sayı azalıb.
TodayPress xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin aprelin 1-nə muzdla çalışan işçilərin 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda işləyib.
Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 18,9 min nəfər azdır.
2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1774,9 min nəfər olub.
tag: Dövlət,Sektor,İş,Azalma,Todaypress.az,