Dövlət qurumlarının adına bənzəyən 100 domen bloklandı
İqtisadiyyat
08.01.2025 11:47
Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.
TodayPress xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə 46 % azdır.
Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.
2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 46 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.
tag: Azərbaycan ,Domen ,Blok , Qurum, todaypress.az,