Dövlət istiqrazlarının bir hissəsi geri alındı

İqtisadiyyat

26.02.2025 09:53

1739

Fevralın 25-də dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçirilib.

Bu barədə TodayPress-ə Maliyyə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, hərrac “Bakı Fond Birjası” QSC-də Nazirliyin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması ilə bağlı olub.

İnvestorlar tərəfindən sözügedən ISIN kodlu dövlət istiqrazları üzrə ümumilikdə 27,0 milyon manat məbləğində sifarişlər təqdim edilib və həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınıb.

tag: Maliyyə Nazirliyi,İstiqraz,Birja,İnvestor,Todaypress.az,