Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirdi
İqtisadiyyat
25.01.2025 04:34
Ötən il Dövlət Gömrük Komitəsi (DGK) dövlət
büdcəsinə 6 milyard 648 milyon 703 min manat
vəsait köçürüb, bu isə illik proqnoza nisbətən 213 milyon 700 min manat
və ya 3,3 % çoxdur.
TodayPress xəbər verir ki, bu barədə Dövlət
Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan
Kollegiya iclasında məlumat verilib.
Həmçinin, qeyd edilib ki, ötən il ərzində 35255 hüquqpozma
faktı aşkarlanıb, bunlardan 1278-i cinayət
xarakterli, 33977-i inzibati xəta faktlarıdır.
Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
və ümumilikdə 379 kq 127 qram narkotik
vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən
çıxarılıb.
tag: Dollar, Gömrük, Komitə, Manat, Hesabat, todaypress.az,