Dollar bahalaşdı

İqtisadiyyat

06.11.2024 11:55

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkidə irəliləməsindən sonra dollar bahalaşıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.  

Dolların bahalaşması bütün dünya üzrə valyuta cütlərinin aşağı düşməsinə səbəb olub, avro, yen, Avstraliya dolları və İsveçrə frankı ən azı 1% ucuzlaşıb. Meksika pesosunun itkiləri 3% həddinə çatıb.

Qeyd edək ki, investorlar Trampın qələbəsinin ABŞ idxalını məhdudlaşdırmaq niyyətinə görə Avropa bazarları üçün ən pis nəticə olacağını bildiriblər. 

Günəş Mərd

tag: ABŞ, Tramp, Respublikaçılar, Avropa, Dollar, todaypress.az,