Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur

İqtisadiyyat

10.12.2024 19:30

2708

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.

TodayPress bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Dənizkənari Milli Park" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.

tag: Dənizkənarı Bulvar İdarəsi,MMC ,Ləğv olundu,Dövlət Vergi Xidməti,İqtisadiyyat Nazirliyi,todaypress.az,