Davosda Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edildi

İqtisadiyyat

21.01.2025 13:52

Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib. 

TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakında "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik.

Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq” deyə M.Cabbarov bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və "yaşıl enerji”yə keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirləri bölüşülüb.

tag: Davos İqtisadi Forumu,Mikayıl Cabbarov,Uğurlu enerji ,Dünya,Əməkdaşlıq,Todaypress.az,