Dan Yorgensen: "Avropa İttifaqının hədəfi Rusiya qazından kənara çıxmaqdır."
"Avropa İttifaqının hədəfi
Rusiya qazından kənara çıxmaqdır."
TodayPress xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunlarına dair keçirilən mətbuat konfransınında vurğulayıb.
“Avropa İttifaqı adından
danışaraq sizə təşəkkür edirəm. Bizim görüşlərimiz qaz sahəsində oldu. Məlumdur
ki, Rusiyadan əvvəl 100 faizlik qaz asılılığımız var idi. Daha sonra Rusiyanın
Ukraynaya əsassız hücumuna görə, əvvəl qazın həcmini 45 faiz azaltdıq. Hazırda
isə 13 faiz asılılığımız var. Hədəfimiz
Rusiya qazından kənara çıxmaqdır. Biz yalnız Azərbaycan kimi dostlar sayəsində
yüksək əməkdaşlıqla qaz məsələlərimizi həll edəcəyik” o bildirib.
Aynur TAC
tag: Avropa Ittifaqı, Komissar,Cənub Qaz,Məşvərət Şurası, Yaşıl Enerji, todaypress.az,