Çinin iqtisadi artım proqnozu gerilədi

İqtisadiyyat

16.09.2024 16:08

2024-cü ilin sonuna qədər Çinin ÜDM-si cəmi 4,7 faiz artacaq ki, bu da ölkə hökumətinin 5 faizlik baza səviyyəsindən aşağıdır. 

TodayPress xəbər verir ki, “Goldman Sachs” və “Citigroup”un analitikləri son bir ayın zəif statistikasından sonra bu qənaətə gəliblər.

Sənaye istehsalı avqustda illik müqayisədə 4,5 faiz, iyulda isə 5,1 faiz artıb. İyun ayında pərakəndə satışlar 2,7 faizə qarşı 2,1 faiz artıb. Hər iki nəticə ekspertlərin proqnozlarından aşağı olub.

“Citigroup” 2025-ci il üçün Çinin ÜDM artımını 4,3 faiz səviyyəsində qiymətləndirsə də, “Goldman Sachs” onu 4,5 faizdən 4,2 faizə endirib. 

Töhfə Səməd

tag: Çin, İqtisadiyyat, ÜDM ,Sənaye ,İstehsal, todaypress.az,