Cinayətləri proqnozlaşdıran süni intellekt yaradıldı

İqtisadiyyat

16.09.2024 11:54

Cənubi Koreya alimləri cinayətləri proqnozlaşdıra bilən süni intellekt (AI) modeli yaradıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Tech Xplore” məlumat yayıb.

Cənubi Koreyanın Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutu (ETRI) tərəfindən təqdim edilən model real vaxt rejimində video görüntüləri təhlil etmək və cinayət risklərini qiymətləndirmək qabiliyyətinə malikdir. 

Alimlərin “Dejavyu” adlandırdıqları texnologiya bir çox amilləri qiymətləndirərək cinayət nisbətlərinin artımını proqnozlaşdıra bilir. 

O, həmçinin insanların ictimai yerlərdə davranışlarını təhlil edir, onları cinayətkarların davranışları ilə müqayisə edir. 

Ekspertlərin sözlərinə görə, sınaq zamanı model 82 faizdən çox dəqiqliklə bir neçə cinayəti proqnozlaşdırıb.   

Mütəxəssilər 2025-ci ilin sonunda “Dejavyu”nun kommersiya versiyasını təqdim etməyi planlaşdırırlar.  

Günəş Mərd

tag: Alimlər ,Dejavyu, Texnologiya ,Süni İntellekt, todaypress.az,