Çin neft idxalını azaldır

İqtisadiyyat

13.01.2025 10:12

2024-cü ilin sonuna qədər Çin neft idxalının həcmini 1,9 faiz azaldıb, təbii qaz idxalını isə 9,9 faiz artırıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ildə Çin 553,415 milyon ton neft (1,9 faiz azalma) idxal edib, qiymət ifadəsində xaricdən xam neftin alınması Çinə 324,798 milyard dollara başa gəlib - bu, illik müqayisədə 3,9 faiz azdır. Bundan əlavə, Çin dekabrda ayrıca 25,42 milyard dollar dəyərində 47,84 milyon ton neft idxal edib.

Bu arada, ötən il təbii qaz idxalının həcmi 65,164 milyard dollar (qiymət ifadəsində bu rəqəm 1,2 faiz artım) dəyərində 131,69 milyon ton (artım 9,9 faiz) təşkil edib. Bundan əlavə, Çin dekabrda 5,907 milyard dollar dəyərində 11,55 milyon ton təbii qaz idxal edib.

Töhfə Səməd

tag: Çin, Müqayisə ,Milyard, Dollar, todaypress.az,