Çin körpə bumu kampaniyasını genişləndirir
İqtisadiyyat
26.12.2024 10:13
Çin əhalisi arasında doğum nisbətini stimullaşdırmaq üçün kampaniyanı genişləndirib.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Müxtəlif üsullarla subay insanlar evlənməyə, ailələr isə birdən çox uşaq sahibi olmağa təşviq edilir.
Həvəsləndirici fəaliyyətlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir.
Yerli məmurlar evli qadınlara zəng edərək, nə vaxt uşaq sahibi olmaq niyyətində olduqlarını birbaşa soruşurlar.
Məqalədə deyilir ki, artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşaq dünyaya gətirmək üçün xüsusi müavinət verilir.
Bundan əlavə, Çin universitetlərindən subay tələbələr evliliyin təbliği ilə bağlı kurslara yönəldilir.
Günəş Mərd
tag: Çin ,Təşviq ,Uşaq ,Səviyyə, todaypress.az,