Çin bankları Rusiya ilə əməkdaşlıqdan qorxurlar

İqtisadiyyat

13.08.2024 17:53

Çin banklarının Rusiya ilə əməkdaşlığa görə qorxduğuna dair sübutlar var.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Çin kredit təşkilatlarının belə ehtiyatlı olması Amerika sanksiyalarının genişlənməsi ilə bağlıdır. 

Rusiya artıq yuan likvidliyi ilə qarşı-qarşıyadır və vəziyyət son vaxtlar daha da pisləşib. Rusiya şirkətləri əvvəllər son çarə kimi görünən yuan svoplarına (alınan pulun borc verilməsi, satılan pulun borc alınılması) müraciət etməyə məcbur olublar. Svop vasitəsilə alınan yuanın orta gündəlik həcminin iyunda 10 milyarddan 20 milyarda yüksəldiyi bildirilib.

İqtisadçı Aleks İsakov əlavə edib ki, yerli banklar etibarlı həll yolları tapmağa çalışırlar. Hazırda bu pul vahidi ilə bağlı yaranan problemlər Rusiyanın əsas idxal mənbəyi olan Çinlə ticarətin azalmasına gətirib çıxara bilər.

Töhfə Səməd

tag: Çin, Rusiya, Amerika,Aleks İsakov, Ticarət, todaypress.az,