"ChatGPT"də nasazlıq yarandı
İqtisadiyyat
23.01.2025 17:23
Müxtəlif ölkələrdən olan istifadəçilər Amerikanın "OpenAI" şirkəti tərəfindən hazırlanmış "ChatGPT" çatbotunda problemlərin olduğunu bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Şikayətlərin əksəriyyəti Böyük Britaniyadan olan istifadəçilərdən gəlib (6,3 mindən çox). Çatbotla bağlı problemlər Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.
Bundan əlavə, şirkətin internet saytında da problemlər yaranıb.
Töhfə Səməd
tag: OpenAI,ChatGPT,Böyük Britaniya,ABŞ,Fransa,Çatbot,todaypress.az,