Çexiya Rusiya neftindən imtina edəcəyi tarixi açıqladı
İqtisadiyyat
23.11.2024 14:22
Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft idxalını dayandıracaq.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya enerjisindən imtina İtaliya, Almaniya və Çexiya arasında Transalp neft kəmərinin modernləşdirilməsi başa çatdıqdan sonra mümkün olacaq. Nəticədə kəmərin ötürücülük qabiliyyəti iki dəfə artaraq ildə 8 milyon tona çatacaq.
Eyni zamanda qeyd olunub ki, Rusiya yanacağının xüsusiyyətlərinə uyğun gələn alternativ xam neftlər Latın Amerikası, Səudiyyə Ərəbistanı və Şimal dənizindən gələn qarışıqlar olacaq.
Günəş Mərd
tag: Çexiya, Rusiya, Neft, İdxal, Almaniya,todaypress.az,