“Bu sadəcə utopiyadır” - Fərqli coğrafiya, vahid valyutanın yaradılmasına mane olacaq?

İqtisadiyyat

04.12.2024 13:40

"BRICS-in öz vahid valyutasını buraxması utopiyadır".

Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, vahid valyutanın yaradılması üçün ölkələrin tək bir iqtisadi məkanda birləşməsinə ehtiyac var. 

"Məsələn Avropa İttifaqı ölkələrinin vahid iqtisadi məkanı, gömrük və vergi siyasəti var. Lakin bütün bunlar BRICS-də mümkün deyil. Bunun ən başlıca səbəbi isə həmin təşkilata üzv olan dövlətlərin fərqli coğrafiyalarda yerləşməsidir. Ona görə də bir məkanda birləşmələri qeyri-mümkündür".

Analitik bildirib ki, hazırda BRICS ölkələri arasında kriptovalyutanın buraxılması məsələsi gündəmdədir. Natiq Cəfərlinin qənaətincə, Trampın mövqeyi də məhz bu məsələyə qarşıdır. Bu addım isə sadəcə xəbərdarlıq xarakteri daşıyır. 

"Vahid valyutanın yaradılmasının mümkünsüzlüyünün digər bir səbəbi isə BRICS-ə üzv olan ölkələrin dolların ən böyük istehlakçısı olmasıdır. Hindistan, Çin, Brazilya və Cənubi Afrika respublikası - bunların birliktə valyuta rezervlərinin təqribən 5 trilyonu dollar formasındadır. Buna görə də onların vahid valyuta buraxması sadəcə siyasi təzyiq ritorikasıdır. Reallıqdan isə olduqca uzaqdır".

Töhfə Səməd

tag: Valyuta, Braziliya, Cənubi Afrika,Avropa, todaypress.az,

photo