Bu il Böyük Qayıdış Proqramı üçün ayrılan vəsait 5 milyardı ötəcək

İqtisadiyyat

29.07.2024 20:35

Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard manatı ötəcək.

TodayPress xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1085,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5085,8 milyon manata çatdırılması nəzərdə tutulub.

tag: Böyük Qayıdış Proqramı, Qarabağ, Şərqi Zəngəzur, Maliyyə Nazirliyi, todaypress.az,