BTC ilə neft nəqli azaldı

İqtisadiyyat

05.11.2024 20:21

2024-cü ilin ilk üç rübündə BTC vasitəsilə 22 milyon ton neft ixrac edilib.

 

TodayPress xəbər verir ki, bu barədə BP Azərbaycanın yaydığı hesabatda bildirilib.  

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

  

2024-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 104 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib. 

tag: BP, Neft, Türkiyə, BTC, AÇG, todaypress.az,