BRICS-in yeni əskinası nümayiş etdirildi

İqtisadiyyat

26.10.2024 11:10

948

“Assosiasiyaya daxil olan ölkələrin heyvanlarının təsvir olunduğu simvolik “BRICS banknot” gələn il Braziliyada keçiriləcək sammit üçün hazırlanacaq”. 

TodayPress xəbər verir ki, onun tərtibatını eksklüziv olaraq “TASS”a “ARM-Register” şirkətinin baş direktoru və Kazanda başa çatan sammitdə nümayiş etdirilən oxşar əskinasın yaradıcısı Yevgeni Fedorov təqdim edib.

200-lük əksinasın üz qabığında üzv olan ölkələrin bayraqları da təsvir olunub. Hazırda onun təsdiqi gözlənilir. 

“Əskinasın arxa tərəfində, əlbəttə ki, yeni iştirakçılar, BRICS-ə müraciət edənlər görünəcək” deyə Fedorov təfərrüatları bölüşüb.

Qeyd edilib ki, o ödəniş vasitəsi deyil və bu məqsədlə istifadə olunmayacaq. Şirkət direktoru diqqətə çatdırıb ki, 200-lük əskinas suvenir kimi istifadə olunacaq. 

Töhfə Səməd

tag: BRICS, Əskinas, Nümayiş, Şirkət, Dünya, todaypress.az,