“Brent” neftinin qiyməti 60 dollara düşdü

İqtisadiyyat

09.04.2025 09:40

9

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 3,92% azalaraq 1 barelə görə 60,36 ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 4,33% azalaraq 57 ABŞ dollarına bərabər olub.

tag: Neft ,Qiymət ,Enmə, Dollar ,todaypress.az,