BP-nin yaşıl enerjiyə keçid strategiyası gerilədi
Böyük Britaniya şirkəti BP-nin yaşıl enerjiyə keçid strategiyası geriləyib. Şirkət azalan mənfəət, investor təzyiqi və satınalma riski ilə üzləşir.
TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məlumata görə, şirkətin sabiq rəhbəri Bernard Luni 2020-ci ildə hasilatı 40% azaltmağı və bərpa olunan enerjiyə keçidi hədəfləsə də, bu, maliyyə göstəricilərini zəiflədib. 2022-ci ildə rekord mənfəət qazanan BP, sonradan günəş və külək enerjisinə investisiyanı tamamilə dayandırıb.
2024-cü ildə BP-nin mənfəəti 8,9 milyard dollara düşüb.
Şirkətin yeni rəhbəri Mürrey Aukinklos isə hasilatın genişləndirilməsini planlaşdırır.
Şirkət Meksika körfəzində yeni mərkəz açacaq, Kaskida yatağında gündəlik 80 min barel neft hasil edəcək. BP hasilatını 2030-cu ilə qədər illik 2-3% artırmağı hədəfləyir.
Analitiklər şirkətin tamamilə neft və qaz sektoruna qayıtdığını bildirirlər.
Nicat Osman
tag: BP,Yaşıl enerji,Neft,Qaz,todaypress.az,