“Bloomberg”: Almaniyada iqtisadi artım dayanacaq

İqtisadiyyat

12.08.2024 16:57

2024-cü ildə Almaniyada iqtisadi artım olmayacaq.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg Economics” məlumat yayıb. 

İqtisadçıların fikrincə, ölkənin sənaye sahəsində yaranan problemlər artıma imkan verməyib. Avropa nəhəngi yay mövsümü daxil olduqdan sonra iqtisadi cəhətdən daha da ləngiməyə başlayıb.

Ümumi daxili məhsulun (ÜDM) 0,2 faiz artacağına dair ilkin proqnozlara baxmayaraq, ilin sonuna qədər bu rəqəm cəmi 0,1 faiz təşkil edəcək.

Analitiklərin fikrincə, gələn il də təxminən eyni nəticələr gözlənilir.

Töhfə Səməd

tag: Almaniya, İqtisadi, ÜDM, Proqnozlar, Analitik, todaypress.az,