Bitkoinin qiyməti yenidən bahalaşdı

İqtisadiyyat

20.03.2025 10:37

1872

Dünya kriptovalyuta bazarında son qiymətlər məlum olub.

TodayPress dünya kriptovalyuta birjasına istinadən xəbər verir ki, ən bahalı kriptovalyuta hesab edilən "Bitcoin"in qiyməti son 24 saatda 3,25% artaraq Bakı vaxtı ilə saat 10:10-a 85 902 dollar təşkil edib.

Eyni zamanda, "Eterium"un qiymətində də bahalaşma qeydə alınıb.

Belə ki, bu kriptovalyutanın dəyəri son 24 saatda 4,10% artaraq 2 018 dollar olub.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,