Bitkoinin qiyməti bahalaşmaqda davam edir
Aprelin 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.
TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:40-da “CoinMarketCap” platformasında 1.31% bahalaşaraq 84 294 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib.
Sözügedən kriptovalyutanın dəyəri 0.81% artaraq 1860 ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan XRP son sutkada 1.55%, BNB isə 1.96% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,