Bitkoin yenidən bahalaşdı

İqtisadiyyat

30.04.2025 10:00

7

Aprelin 30-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09: 35-də “CoinMarketCap” platformasında 0.66% bahalaşaraq 94 986 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 0.48% artaraq 1804 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.86%, BNB isə 0.77% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, todaypress.az,