Bitkoin ucuzlaşdı

İqtisadiyyat

12.05.2025 11:00

14

Mayın 12-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:20-də “CoinMarketCap” platformasında 0.19% ucuzlaşaraq 103 925 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 1.32% azalaraq 2510 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.68%, BNB isə 1.74% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, todaypress.az,