Bitkoin bahalaşdı

İqtisadiyyat

28.04.2025 10:20

21

Aprelin 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.20% bahalaşaraq 94 105 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 0.08% azalaraq 1794 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 5.23%, BNB isə 0.94% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,