Bitkoin bahalaşdı

İqtisadiyyat

08.05.2025 11:20

10

Mayın 8-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb. 

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:50-də “CoinMarketCap” platformasında 2.57% bahalaşaraq 98 859 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.98% artaraq 1901 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 1.97%, BNB isə 0.88% bahalaşıb. 

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.az,