Bitkoin bahalaşdı

İqtisadiyyat

07.05.2025 10:40

7

Mayın 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb. 

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:00-da “CoinMarketCap” platformasında 2.17% bahalaşaraq 96 372 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 1.63% artaraq 1827 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 1.13%, BNB isə 0.97% bahalaşıb. 

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,