Bitkoin 3 %-ə yaxın ucuzlaşdı

İqtisadiyyat

19.12.2024 08:12

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.

TodayPress  xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.

İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “XRP”dir

Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb.

 

tag: Bitcoin, Dollar, Maliyyə, Kriptovalyuta, todaypress.az,