"Bitcoin"in qiyməti 87 min dollardan aşağı endi

İqtisadiyyat

25.03.2025 11:51

2255

Martın 25-də kriptovalyuta birjalarında "Bitcoin" nisbətən ucuzlaşıb.

TodayPress xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası "Bitcoin"in (BTC) qiyməti son 24 saat ərzində 0,42% azalaraq 86 734 ABŞ dolları səviyyəsinə enib.

Bitcoin 1.718 trilyon ABŞ dolları bazar dəyəri ilə liderliyini qoruyub. Paralel olaraq Ethereum (ETH) 0,37% ucuzlaşmaqla 2 062 ABŞ dollarına enib. İlk beşlikdəki digər kriptovalyutalardan Tether 0,01%, XRP 1,56% ucuzlaşıb, BNB isə 3,35% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.az,