"Bitcoin"in qiyməti 77 min dollara endi
Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.
TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 7.55% ucuzlaşaraq 77 170 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.
Sözügedən kriptovalyutanın dəyəri 14.32% azalaraq 1549 ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan XRP son sutkada 15.56%, BNB isə 7.29% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.az,