"Bitcoin" yenidən bahalaşdı

İqtisadiyyat

19.03.2025 09:54

2342

Martın 19-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında 0.13% bahalaşaraq 83 076 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 1.65% artaraq 1 937 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 0.28% bahalaşıb, BNB isə 2.29% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,