Bitcoin ucuzlaşdı
Fevralın 28-da kriptovalyuta birjalarında "Bitcoin" ucuzlaşıb.
TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:29-da “CoinMarketCap” platformasında 6.66% ucuzlaşaraq 79 638 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.
Sözügedən kriptovalyutanın dəyəri 8.99% azalaraq 2 111 ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan XRP son sutkada 8%, BNB isə 6.97% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Nicat Osman
tag: Bitcoin, Dollar, Maliyyə, Kriptovalyuta, todaypress.az,