Bitcoin ucuzlaşdı

İqtisadiyyat

05.05.2025 10:35

7

Mayın 5-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb. 

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:10-da “CoinMarketCap” platformasında son 24 saatda 1.59% ucuzlaşaraq 94 396 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.89% azalaraq 1803 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 1.76%, BNB isə 1.48% ucuzlaşıb. 

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.az,