Bitcoin ucuzlaşdı

İqtisadiyyat

06.05.2025 12:10

8

Mayın 6-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti nisbətən azalıb. 

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:50-də “CoinMarketCap” platformasında 0,18% ucuzlaşaraq 94 380 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0,34% azalaraq 1801 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan XRP son sutkada 2.60% ucuzlaşıb, BNB isə 1.33% bahalaşıb. 

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.az,