"Bitcoin" tarixi maksimumunu yenilədi

İqtisadiyyat

11.11.2024 18:35

"Bitcoin"in qiyməti 3.49% artaraq 82 min 56 dollara yüksəlib və bununla da tarixi maksimumunu yeniləyib.

TodayPress “TASS”a istinadən xəbərinə görə, bunu Bakı vaxtı ilə saat 14:08-də "Binance" platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 14:15-də isə "Bitcoin" öz artımını sürətləndirib və 82 081 dollar (+3.5%) səviyyəsində olub.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,