Bitcoin bahalaşdı

İqtisadiyyat

02.05.2025 10:30

7

Mayın 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb. 

TodayPress xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası “CoinMarketCap” platformasında 1.99% bahalaşaraq 96 832 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib.

Sözügedən kriptovalyutanın dəyəri 1.62% artaraq 1837 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.41% bahalaşıb, BNB isə 0.25% ucuzlaşıb. 

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

tag: Bitcoin, Qiymət, Artım, Dollar, Sürətlənmək, todaypress.az,