Baş Prokurorluq 117 min manatlıq tender elan etdi
Azərbaycan Respublikasının Baş Prokurorluğu 117 min manata işləməli kağızlar satın alacaq.
TodayPress xəbər verir ki, Baş Prokurorluq bəzəkli və naxışlı kağızların satın alınması üçün açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 117 min 400 manatdır. Tenderdə iştirak haqqı isə 250 manatdır.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi Mayın 19-na təyin olunub.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında satın alınacaq kağızların sayı və çeşidi ilə bağlı heç bir məlumat qeyd edilməyib.
Müqayisə üçün əlavə edək ki, "Regional Su Meliorasiya Xidməti"nin elan etdiyi Qusarçay çayından su götürən Qələcuq su arxının su qəbuledici qurğusunu mühafizə edən dəmir-beton bəndinin əsaslı təmiri üçün tenderin ehtimal olunan qiyməti 105 min manatdır.
tag: Baş Prokurorluq,Tender,Elan,Qiymətli Kağız,Todaypress.az,